×
A
A
A
Sazlamalar

Astanada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi qeyd ediləcək

Astana, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd ediləcək.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir konsert proqramı ilə davam edəcək. Astana Akimliyi (qubernatorluğu) yanında Dövlət Akademik Filarmoniyasında təqdim ediləcək konsertin bədii rəhbəri Berik Batırxandır.
Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Proqramda Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və süitalar tamaşaçılara təqdim olunacaq.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Mədəniyyət 2018-10-18 14:55:00