×
A
A
A
Sazlamalar

Yanvar-sentyabrda 448,5 milyon manatlıq tikinti materialı istehsal olunub

Bakı, 18 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 32,2 faiz artaraq 448,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 21,7 faiz, tikinti kərpicinin istehsalı 6,8 faiz artıb, tikinti əhənginin istehsalı 1,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 41,2 faiz, tikinti gipsinin istehsalı isə 46,4 faiz azalıb.

Tikinti̇ 2018-10-18 14:29:00