Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Canluici Buffon: Kilian Mbappe “Qızıl top” mükafatını almağa layiqdir

Bakı, 18 oktyabr, AZƏRTAC

PSJ futbol klubunun qapıçısı Canluici Buffon komanda yoldaşı Kilian Mbappenin “Qızıl top” mükafatını almağa layiq olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, qolkiper Mbappenin dünya çempionatı zamanı texnikasını nümayiş etdirdiyini bildirib.
İtaliyalı qapıçı qeyd edib ki, o, bu mükafata layiqdir. İtaliyada onu Roberto Baco, Alessandro Del Pyero və Françeska Totti ilə müqayisə edirlər. Etiraf etməliyəm ki, Mbappe çox istedadlı və fenomenal futbolçudur.

İdman 2018-10-18 12:08:00