×
A
A
A
Sazlamalar

Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək

Düşənbə,17 oktyabr, AZƏRTAC

Bu ayın sonunda ölkəmizin Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə münasibətilə “Tacikfilm” kinostudiyasında “Əbədi ezamiyyət” sənədli-bədii filmi nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu ekran əsəri 1919-cu ildə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Qeyd edək ki, baş prodüseri Arzu Əliyeva olan film 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən çəkilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Mədəniyyət 2018-10-17 23:25:00