×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

Sərəncamlar 2018-10-16 18:26:00