×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərova Rüxsarə Əliağa qızı
Xanlarov Habil Tehran oğlu
Qurbanova Vəfa Əli qızı
Məmmədov Vidadi Mansur oğlu
Məmmədova Mayə Əliağa qızı
Mirzəyev Akif Əziz oğlu
Müzəffərov Arif Valeh oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

Sərəncamlar 2018-10-16 18:17:00