×
A
A
A
Sazlamalar

Qadın sahibkarlar Strasburqda beynəlxalq forum-sərgidə iştiraka dəvət olunurlar

Bakı, 16 oktyabr, AZƏRTAC
Qadın sahibkarlar Fransanın Strasburq şəhərində keçiriləcək beynəlxalq forum-sərgidə iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 3-4-də Strasburqda "Qadınların əlləri ilə" adlı beynəlxalq forum-sərgi keçiriləcək. Forum-sərgi qadın sahibkarlarının orta və kiçik biznesinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Fransa, Azərbaycan, Rusiya, Türkiyə, İtaliya, Xorvatiya, Misir, Tunis, Əlcəzair, İspaniya və digər ölkələrin qadın təşkilatları, qadın sahibkarları, qadın dekorativ-tətbiqi incəsənət ustaları və dizaynerləri "Qadınların əlləri ilə" adlı forum-sərgidə iştiraka dəvət olunurlar.

Biznes 2018-10-16 15:00:00