×
A
A
A
Sazlamalar

Məktəblilərə Cümhuriyyət dövründə təhsil islahatlarından danışılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “Cümhuriyyət dövründə təhsil” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, məktəbin direktor müavini Jalə Qədirli bu qurumla əməkdaşlığın məktəblilərin hərtərəfli inkişafına faydalı təsirindən bəhs edib, maarifləndirici layihələrin səmərəli nəticələr verdiyini deyib.
İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizdən, həmin dövrdə aparılmış təhsil islahatlarından danışıb. Mövzu ətrafında fikir mübadiləsindən sonra şagirdlərin hazırladıqları kompozisiya təqdim edilib.
ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi məktəblilərin böyük marağına səbəb olub.

Elm və təhsil 2018-10-15 15:38:00