×
A
A
A
Sazlamalar

Bakı-Dairəvi avtomobil yolunda təmir işləri aparılır

Bakı, 15 oktyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Dairəvi avtomobil yolunun 0-14-cü kilometrində, nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2018-10-15 11:58:00