Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib.
Komitədən AZƏRTAC-a bildirilib ki, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.
Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma Vətənlə bağlarını gücləndirməkdir.

Cəmiyyət 2018-10-11 20:06:00