BDU-da “Tvinninq” layihəsi çərçivəsində xarici ekspertlər təqdimatla çıxış ediblər
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti seminar olub. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Əmək bazarı məlumatlarının seçilmiş konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın, təlimatların işlənib hazırlanmasına dair” adlı tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə seminarın əhəmiyyətindən, universitetin son illər təhsil və elm sahəsində qazandığı nailiyyətlərdən, “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilən təlimlərdən danışıb.
Seminarda litvalı ekspert Saule Magiukayte-Zviniene əmək bazarı məlumatlarının təbiət elmləri ixtisaslarının proqramlarında nəzərə alınmasına dair təqdimatla çıxış edib.
Ekspertlər Didier Ronze və Jolanta Silka Fransa və Latviya təcrübələri barədə məlumat veriblər.
Sonra layihənin Azərbaycan ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, BDU-da təhsilin keyfiyyətinin təmin olunması barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
Azərbaycanlı yazıçı-ədəbiyyatşünas Hindistanda beynəlxalq seminarda iştirak edib
Tələbələrin hazırladığı “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 140 nəfər ərizəsini təsdiqlədib