Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərkosmos” ASC-nin nümayəndələri tələbələrə “Azerspace-2” peykinin təyinatından danışıblar

Bakı, 11oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Azərkosmos” ASC-nin məsul nümayəndələri ilə Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin görüşü keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov “Azərkosmos” ASC ilə universitet arasında əməkdaşlıq perspektivlərindən danışıb. Prorektor bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı var.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərkosmos” ASC-nin ali təhsil müəssisələri ilə əməkdaşlığından bəhs edib.
“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov “Azerspace-2” peykinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıb. Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsindən danışan D.Bədirxanov Azərbaycanda peyk xidmətləri sahəsində elmi tədqiqatların aparılması nəticəsində əldə olunan nailiyyətləri də qeyd edib.
Sonda tələbələrin sualları cavablandırıb.

Elm və təhsil 2018-10-11 19:02:00