×
A
A
A
Sazlamalar

Paytaxtın 3-cü mikrorayon dairəsində rənglənmə işləri aparılacaq

Bakı, 11 oktyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oktyabrın 11-də axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2018-10-11 16:01:00