Paytaxtda ümumi inşaat işlərinin 81,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
Bakı, 5 oktyabr, AZƏRTAC
2018-ci ilin 8 ayında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 19,2 faizini isə digər tikinti işləri təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi inşaat işlərinin 81,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb