×
A
A
A
Sazlamalar

Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab İbrahim Məhəmməd Solihə

Hörmətli cənab Solih,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

Məktublar 2018-10-04 16:57:00