×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan tədbirdə iştirak edəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək şeyxülislam A.Paşazadə təbrik nitqi söyləyəcək. O, respublika rəhbərliyi və tədbirdə iştirak edəcək qonaqlarla görüşlər də keçirəcək.

Din 2018-10-04 14:58:00