×
A
A
A
Sazlamalar

Bu yollarda rənglənmə işləri aparılır

Bakı, 3 oktyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 50-ci kilometr hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometr hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2018-10-03 10:21:00