×
A
A
A
Sazlamalar

Paytaxt müəssisələrində 8 ayda 301,3 milyon manatlıq metal məmulatlar istehsal edilib

Bakı, 2 oktyabr, AZƏRTAC 

Cari ilin yanvar-avqust aylarında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 301,3 milyon manatlıq məhsul istehsal olunub.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 32,8 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 19,1 faiz artım müşahidə olunub.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 3,6 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 48,6 faiz, armaturun istehsalı 29,8 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 73,7 faiz azalıb.

Tikinti̇ 2018-10-02 08:10:00