×
A
A
A
Sazlamalar

Paytaxtda əsas kapitala yönəldilmiş vəsaitin 66,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 30 sentyabr, AZƏRTAC 

2018-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində əsas kapitala 7888,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz az vəsait yönəldilib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 5280,8 milyon manatı və ya 66,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Tikinti̇ 2018-09-30 17:29:00