×
A
A
A
Sazlamalar

Son 8 ayda paytaxt müəssisələrində 302,9 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 29 sentyabr, AZƏRTAC 

Cari ilin yanvar-avqust aylarında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 11,9 faiz artaraq 302,9 milyon manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,6 dəfə, tikinti əhənginin istehsalı 23,7 faiz, sementin istehsalı isə 14,4 faiz artıb.

Tikinti̇ 2018-09-29 13:39:00