×
A
A
A
Sazlamalar

Alimlər mobil qurğuların təhlükəsindən yazırlar

Bakı, 28 sentyabr, AZƏRTAC

“CHEO” tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltdığını və normal inkişafa mane olduğunu müəyyənləşdiriblər.
AZƏRTAC “life.ru” resursuna istinadla xəbər verir ki, tədqiqatlara görə, 20 uşaqdan yalnız biri qurğulardan təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verirlər. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azaldığını, eləcə də ümumi səhhətin pisləşdiyini göstərib.
Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.

 

Texnologiya 2018-09-28 12:16:00