×
A
A
A
Sazlamalar

AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin (ITC) təşkilatçılığı ilə "Sərgidə iştirak: düzgün hazırlaşma, iştirak və sonradan izləmə nəticəsində daha yaxşı nailiyyətlərin əldə edilməsi" mövzusunda təlim keçirilib.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 15 şirkətin nümayəndələri iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə sərgiyə düzgün hazırlaşma, sərgidən sonra qarşı tərəflə düzgün əlaqələrin qurulması və davam etdirilməsi mövzusunda təqdimatlar keçirilib.

Biznes 2018-09-26 07:25:00