×
A
A
A
Sazlamalar

Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək

Gəncə, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Aqrar Universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq tədbirlər həyata keçirilir.
Həmin Sərəncamdan irəli gələrək Aqrar Universitetdə ötən tədris ilində elmi-praktik konfranslar, seminar və müşavirələr təşkil olunub. Sentyabrın 17-də isə görkəmli alim, akademik Cəlal Əliyev adına Bitki fiziologiyası elmi-tədqiqat və tədris laboratoriyası yaradılıb.

Regionlar 2018-09-25 15:02:00