×
A
A
A
Sazlamalar

“Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Qusar, 25 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan tərəfində sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriya istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev açıqlamasında deyib.
O bildirib ki, bu laboratoriya qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək. Laboratoriyanın istifadəyə verilməsi "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı çərçivəsində baş tutub.

İqtisadiyyat 2018-09-25 14:07:00