Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Noyabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Çiten Teatrının “Vanya dayı” tamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa M.A.P Festivalı çərçivəsində reallaşacaq. Qeyd edək ki, Çiten teatrı (yapon dilindən chiten “yerləşmə nöqtəsi” deməkdir) – Yaponiyada ən tanınmış avanqard teatrlardan biridir. Teatrın bədii rəhbəri Motoi Miura öz tamaşalarında texnika və rejissuranın yeni sərhədlərini mənimsəyir.
Realizmdən bilərəkdən imtina etməklə, o, truppanın məşqlərini və tamaşalarını improvizasiyalar üzərində quraraq, mürəkkəb və kompleks pərdə yaradır. Klassik ədəbi mənbələrə müraciət edən Miura, eyni zamanda sərbəst çıxışlara da imkan verir. O, personajların replikalarını qarışdırmaqla, səhnələrin ardıcıllığını dəyişməklə və tamaşada iştirak edən bir çox obrazları çıxarmaqla, mövcud materialdan özünəməxsus kollaj yaradır.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir