×
A
A
A
Sazlamalar

Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır

Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 25-də üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışındakı çıxışında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Y.Musayev bildirib: “Böyük qürur hissi ilə bildiririk ki, istehsal etdiyimiz məmulatlar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bu gün müəssisələrimiz beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına sahibdir. Bu nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb”.

Siyasət 2018-09-25 12:54:00