×
A
A
A
Sazlamalar

® İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

“Azercell”in dəstəyi ilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq

İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə icra olunan “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının əsas məqsədi bundan ibarətdir. Sentyabrın 25-də “Azercell”in təşkilatçılığı ilə bu əhəmiyyətli proqramın təqdimatı keçirilib.
Təqdimatın açılışını edən “Azercell”in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacağını bildirib. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.
Təqdimat mərasimində çıxış edən “Azercell” MMC-nin prezidenti Vahid Mürsəliyev “Azercell”in sürətli mobil internet təminatçısı olması və mobil internetdən istifadəni təbliğ etməsinə baxmayaraq, kibertəhlükəsizlik məsələsinin olduqca aktuallaşmasından, bu mövzunun şirkət üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb. Onun sözlərinə görə, “Azercell” öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində çıxış edir.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müdırının müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək, internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, “Azercell”in bu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.
Tədbirdə “Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb.
Mərkəzin təlimçisi Çinarə Nur təhlükəsiz internet istifadəsi ilə bağlı maraqlı təqdimat edib, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi biliklərin verildiyini qeyd edib. Gənc təlimçi bildirib ki, qrup məşğələləri və faydalı interaktiv oyunlar sayəsində uşaqlara internetdən gələn zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri də tədris olunur. Çıxışlardan sonra təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət videoçarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən videosorğu və mövzu ilə bağlı xüsusi hazırlanmış animasiya filmləri nümayiş etdirilib. Tədbirin sonunda isə iştirakçılara “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramına 2 aylıq abunəlik hədiyyə edilib. 2 il öncə "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.
Qeyd edək ki, ötən ildən başlayaraq, “Azercell” şirkətinin təşkilatçılığı ilə Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir. Bakının bir neçə məktəbində həyata keçirilmiş tədrislər bu il regionlarda da təşkil olunacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48 faiz olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faiz, əhalinin 99,8 faizini əhatə edir. Bu gün 4,5 milyon nəfər “Azercell”in xidmətlərini seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsil LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

İKT 2018-09-25 11:55:00