×
A
A
A
Sazlamalar

Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq

Bakı, 25 sentyabr, AZƏRTAC

Çinin Lançjou Universitetinin rektoru, bu ölkənin Elmlər Akademiyasının həqiqi üzvü, “Bir qurşaq – bir yol” Universitetlər Birliyinin sədri, professor Yan Çunhua və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetlərarası əməkdaşlığa dair memorandum imzalayıblar. Sənədə əsasən, Çində ilk dəfə Lançjou Universitetində Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılması nəzərdə tutulub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, sənəd Lançjou Universitetində “Bir qurşaq – bir yol” Universitetlər Birliyinin təşəbbüsü ilə təşkil olunan “Ekoloji sivilizasiya – 2018” forumu çərçivəsində imzalanıb.

Elm və təhsil 2018-09-25 11:16:00