×
A
A
A
Sazlamalar

Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq

Bakı, 25 sentyabr, AZƏRTAC
Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.
AZƏRTAC xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayırlar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil edirlər. Hər iki cüdoçumuzun ilk mərhələdə rəqibi İsveç idmançısı olacaq. Belə ki, E.Qasımov Martin Pacek, Z.Kotsoyev isə Joakim Dvarbi ilə qarşılaşacaq.
Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

İdman 2018-09-25 10:02:00