×
A
A
A
Sazlamalar

Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binalarında təmir işləri aparılır

Xırdalan, 24 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonu Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binalarında təmir işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev AZƏRTAC–a bildirib ki, qəsəbənin 20 Yanvar küçəsi 1A, Təbrik küçəsində isə 1, 3, 5 saylı beşmərtəbəli yaşayış binalarının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.
Hazırda həmin binalarda dam örtükləri vurulub, plastik dam və blok pəncərələri qoyulur, bloka metal qapı quraşdırılır, suvaq təzələnib və rənglənir. Habelə, binaların kürsü hissəsinə ağlay üzlük vurulur, pilləkən meydançalarına metlax döşənib, kanalizasiya xətti çəkilir. Hazırda işlər davam etdirilir.
Görülən işlərdən məmnun qalan qəsəbə sakinləri Fazil Təhmirazov, Samir Namazov və Bəhram Quliyev yaşadıqları binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə bina sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Ceyranbatan qəsəbəsində öncə 6 beşmərtəbəli yaşayış binasının dam örtüyü yenidən qurulub.

 

Regionlar 2018-09-25 07:54:00