×
A
A
A
Sazlamalar

Yunanıstanın 14 aeroportunda gələn sərnişinlər üçün vergi artırılır

Afina, 25 sentyabr, AZƏRTAC

Almaniyanın “Fraport” şirkəti tərəfindən icarəyə alınmış Yunanıstanın 14 regional hava limanında 2019-cu ilin aprelin 1-dən etibarən gələn sərnişinlər üçün vergi 5,5 avro artırılacaq.
Qeyd edək ki, 2017-ci ilin aprelində Yunanıstan hökuməti alman şirkətinə 14 aeroportu 40 illik icarəyə verib. “Fraport” Yunanıstanın materik hissəsində 3 hava limanına (Saloniki, Kavala və Aktion) və adalarda 11 aeroporta (Lezbos, Mikonos, Kefaloniya, Xaniya, Kerkira, Kos, Rodos, Samos, Santorini, Skiatos, Zakinf) sahib olub. Hava limanları hər il 24 milyon sərnişinə xidmət edir. Hava limanların verilməsindən əlavə hər iki yaşdan artıq olan sərnişin üçün hava limanların müasirləşməsi və inkişafı üçün 13 avro vergi qoyulur. Müqaviləyə əsasən, müasirləşmə başa çatdıqdan sonra vergi 18,5 avro dəyərində artır və hökumət bu verginin 40 faizinə sahib olur.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2018-09-25 04:28:00