×
A
A
A
Sazlamalar

Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini seçilib

Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Şurasının sədr müavini vəzifəsinə seçilib.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, Məmməd Musayev sayca dördüncü dəfədir bu vəzifəyə seçilir.
Qeyd edək ki, ASK 2001-ci ildən etibarən SSBK-də təmsil olunur.

 

İqtisadiyyat 2018-09-25 03:50:00