Azərbaycanın xarici işlər naziri “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” tədbirində iştirak edib
Bakı, 24 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT-nin baş katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT-yə üzv dövlətləri “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.
Azərbaycan Respublikasının da qoşulduğu həmin sənəd üzv dövlətləri narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb