Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı keçiriləcək
Astana, 24 sentyabr, AZƏRTAC
Astanada oktyabrın 10-11-də “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçiriləcək. Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin, beynəlxalq təşkilatların liderləri, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirakı nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə başçılıq edəcək.
Qurultayda tematik istiqamətlərdə "Manifest" Sülh. XXI əsr" qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" mövzusunda konfranslar keçiriləcək.
"Dini liderlər təhlükəsiz dünya uğrunda" mövzusunda keçiriləcək qurultayda dinlərarası dialoqa töhfəyə görə fəxri medalın və Astana beynəlxalq mükafatlarının da təqdim olunacağı gözlənilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar