×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunun jurnallarının veb-saytları təkmilləşdirilib

Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının veb-saytları (jpit.az və jpis.az) təkmilləşdirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər iki elmi jurnalın veb-saytlarının proqram təminatı yenilənib, müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğunlaşdırılıb. Üç dildə fəaliyyət göstərəcək saytlar “Jurnal haqqında”, “Redaksiya heyəti”, “Tələblər”, “Etik qaydalar”, “Arxiv”, “Linklər”, “Əlaqə” və “Qeydiyyat” bölmələrindən ibarətdir. “Arxiv” bölməsində jurnalların bugünədək dərc olunmuş bütün sayları və məqalələr yerləşdirilib. Ana səhifədə isə sonuncu buraxılışda dərc olunmuş məqalələrə və onların Doİ nömrələrinə (rəqəmsal obyekt identifikatoru) baxmaq mümkündür.

Elm və təhsil 2018-09-24 18:44:00