×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda futbol birinciliyinə start verilib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış iştirakçıları əvvəlcə hərbi hissədə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və şəhidlərin xatirəsini yad ediblər.
Yarışı açıq elan edən Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Ordu idmançıları da uğur və qələbələri ilə bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
AFFA-nın hakimlər komitəsi üzvlərinin idarə etdiyi futbol birinciliyində qoşun növləri, hərbi hissə və birləşmələrdən 13 komanda iştirak edir. Yekunda yarışın qaliblərinə fəxri fərmanlar, mükafatlar, qalib komandaya isə kubok təqdim olunacaq.

İdman 2018-09-24 18:51:00