×
A
A
A
Sazlamalar

® “AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” oktyabrın 10-12-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmentel 2018” XI Beynəlxalq Telekom və IT Sənayesi sərgisində təmsil olunacaq.

Şirkətin sərgidə stendlə iştirak etməsinin məqsədi göstərdiyi telekommunikasiya xidmətlərini sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim etmək, onlarla fikir və təcrübə mübadiləsi aparmaq, texnoloji yeniliklərlə tanış olmaq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirməkdir.
Sayca 11-ci olan “Türkmentel 2018” Telekom və IT Sənayesi sərgisində bir çox yerli və xarici şirkətlərin telekommunikasiya və şəbəkə, informasiya texnologiyaları infrastrukturu və data mərkəz, telemetriya və ölçü vasitələri, rəqəmsal biznes həlləri, simsiz kommunikasiya, peşəkar audio və videoyazma avadanlıqları və s. sahələrdə məhsulları təqdim olunacaq.
Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. “AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

İKT 2018-09-24 17:24:00