×
A
A
A
Sazlamalar

Kaliforniya Universitetinin mütəxəssisləri yeni texnologiya hazırlayıblar

Bakı, 21senyabr, AZƏRTAC

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mütəxəssislər kənarda quraşdırılmış aparaturanın köməyilə otaqdakı insanların sayını dəqiqliklə təyin etməyə imkan verən texnologiya hazırlayıblar.
AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, yeni texnologiyaya əsasən otaqdakı insanların sayını təyin etmək üçün yalnız iki qurğu lazımdır: simsiz ötürücü aparat və siqnal qəbuledicisi. Hər iki qurğu otağın divarının arxasına yerləşdirilə bilər. Həmin otaqda qurğuların ilkin kalibrlənməsi tələb olunmur, həm də operatora ehtiyac yoxdur. Y.Mostofinin fikrincə, yeni texnologiya təhlükəsizlik sistemləri və enerji sərfiyyatının idarə edilməsi sistemlərində tətbiq oluna bilər.

Texnologiya 2018-09-21 17:49:00