×
A
A
A
Sazlamalar

Toxuculuq sənayesi 63 faiz artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 215,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin 8 ayında toxuculuq sənayesində 63,0 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 54,0 faiz, geyim istehsalında isə 0,5 faiz artım müşahidə olunub.

Sənaye 2018-09-21 08:14:00