×
A
A
A
Sazlamalar

Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,19 sentyabr 2018-ci il.

Sərəncamlar 2018-09-19 17:56:00