Sinxua Universiteti dünya süni intellekt şirkətlərinin sayını açıqlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sinxua Universitetinın nəzdində fəaliyyət göstərən Çin elm və texnologiyalar sahəsi üzrə siyasət institutu tərəfindən hazırlanan hesabata görə, Çinin materik hissəsində 1011 süni intellekt şirkəti var. Bu göstərici dünya süni intellekt şirkətlərinin sayının 20,53 faizinə bərabərdir.
AZƏRTAC dailycomm.ru saytına istinadən xəbər verir ki, Çin süni intellekt şirkətlərinin sayına görə yalnız ABŞ-dan geri qalır. Orada belə şirkətlərin sayı iki minə çatır. Liderlər beşliyinə, həmçinin Böyük Britaniya, Kanada və Hindistan daxildir.
ABŞ süni intellekt şirkətlərinin sayına görə Çini üstələsə də, süni intellekt üzərində çalışan şirkətlərin əksəriyyəti (395) Pekində yerləşir. Liderlər üçlüyündə, həmçinin müvafiq olaraq 287 və 274 süni intellekt şirkəti ilə ABŞ-ın San-Fransisko və Britaniyanın London şəhərləri yer alıb. Bundan başqa, Şanxay, Şençjen və Xançjou süni intellekt şirkəti çox olan şəhərlərin ilk iyirmiliyində qərarlaşıb.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib