×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubiley tədbirində Sudan Milli Məclisinin sədri də iştirak edəcək

Qahirə, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Sudan Milli Məclisinin nümayəndə heyəti Bakıya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri İbrahim Əhməd Ömərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubiley tədbirində iştirak edəcək. Nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibinə Sudan Vilayətlər Şurası sədrinin müavini Məhəmməd Əl-Əmin Xəlifə, Milli Məclisin üzvü İbrahim Şələi Həbbani, Sudan Milli Məclisi Aparatının rəhbəri Tayyib Əli Əhməd və parlamentin digər üzvləri daxildir.


Asya Hacızadə
AZƏERTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2018-09-18 13:03:00