Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avrasiya İqtisadi Komissiyası Azərbaycanın Rusiyadakı səfirliyinin müraciətinə cavab verib

Moskva, 14 sentyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avrasiya İqtisadi Komissiyasının rəsmi məcmuələrində dərc olunmuş xəritələrdə Dağlıq Qarabağ ərazisinin Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı komissiyanın rəhbərliyinə Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Bu barədə AZƏRTAC-a səfirliyin mətbuat xidmətindən məlumat veriblər.
Səfir təşkilatın məcmuələrində yerləşdirilmiş təxribat xarakterli məlumata dair Azərbaycan tərəfinin narahatlığını ifadə edərək, məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.
Təşkilatdan verilən məlumata əsasən, narahatlığın haqlı olduğu vurğulanıb və buraxılan səhvlərin tezliklə aradan qaldırılacağı, bu cür vəziyyətin yaranmasının səbəblərinin araşdırılacağı, təqsirli şəxslərin cəzalandırılacağı bildirilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2018-09-14 20:39:00