Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda autist uşaqlar arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş veloyürüş keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC
Dənizkənarı Milli Parkın Ağ şəhər ərazisində Autizm İdman Klubunun (AİK) təşkilatçılığı ilə autist uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş veloyürüş keçirilib.
Autizm İdman Klubundan AZƏRTAC-a bildirilib ki, autistlərə dəstək veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin və BrendSport.az saytının köməyi ilə təşkil edilib.
Autistlərin həyatında xüsusi yer tutan velosiped idmanı üzrə yarışın keçirilməsində məqsəd bu idman növünü təbliğ etmək, klublar arasında ən güclü idmançını müəyyənləşdirməkdir.
Veloyürüşdə, həmçinin fiziki məhdudiyyəti olan şəxslər, estrada və kino ulduzları, o cümlədən Səlim Abbasov, Lətafət Ələkbərova, İslam Mehrəliyev və digərləri iştirak ediblər.
Sonda əyləncəli proqram təqdim edilib, iştirakçılar diplom, kubok və medallarla təltif olunublar.

İdman 2018-09-14 19:36:00