Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilsin:

Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2018-ci il.

Sərəncamlar 2018-09-14 19:23:00