Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərbaycan” qəzeti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsin:

Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2018-ci il.

Sərəncamlar 2018-09-14 19:20:00