Sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, içkilərin istehsalı 9,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7 faiz, geyim istehsalı 0,5 faiz artıb, qida məhsullarının istehsalı 1,0 faiz azalıb.
Avstriya şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
Mikayıl Cabbarov: Avqustda Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılması planlaşdırılır