“Google”un internet-stratostatları məlumatları rekord məsafəyə ötürüb
Bakı, 12 sentyabr, AZƏRTAC
“Google”un sahibi olan “Alphabet” tərəfindən işlənib hazırlanan “Project Loon” hava şarları şəbəkəsi yeddi internet-stratostat arasındakı məlumatları təxminən min kilometr məsafəyə ötürməyə müvəffəq olub. Əvvəlki rekord yüz kilometrə bərabər idi və yalnız iki stratostat arasındakı məlumatları ötürmüşdü.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, informasiya təxminən 600 kilometrdən çox məsafədə yerləşən bir hava şarından digərinə ötürülüb.
Xatırladaq ki, “Loon” layihəsi “Alphabet”in tərkibinə daxil olan “X” innovativ işləmələr bölməsi tərəfindən hazırlanıb. Təxminən 20 kilometr yüksəkliyə qaldırılan hava şarları məlumatları “LTE” tezliyində ötürür ki, yaxınlıqda olan istifadəçilər mobil telefonların köməyi ilə internetə qoşula bilsin. Möhkəm örtük aerostatlara stratosferin alt qatlarında təxminən 100 gün qalıb işləməyə imkan verir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib