×
A
A
A
Sazlamalar

Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: “Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur”.

Biznes 2018-09-12 12:52:00