Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezident Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması üçün 400 min manat ayırıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Din 2018-09-11 18:03:00